30 İyun, 2017
Türkiyədə hər bir məktəbdə namaz üçün otaqlar açılacaq
Türkiyə dövlət məktəblərinin hər birində namaz otaqları açılacaq.

Ahlibeyt.az-ın Maide.info-ya istinadən verdiyi xəbərə görə, bu haqda sərəncam Türkiyənin Təhsil Nazirliyi tərəfindən verilib.

Namaz otaqlarında qızlar və oğlanların namaz qılması üçün şərait yaradılacaq. Bundan başqa namaz otaqları məktəbin birinci mərtəbəsində yerləşdirilməsi tövsiyə olunub.

Qeyd edək ki,yeni qəbul olunmuş qərara görə,məktəblərdə ayrıca dəstəmaz otaqlarının da tikilməsi bildirilib.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7125.html