29 İyun, 2017
Astanada Suriya üzrə keçiriləcək yeni görüşün mövzuları açıqlanıb

Astanada Suriya münaqişəsinin həlli üzrə 4-5 iyul tarixlərində keçiriləcək danışıqların növbəti raundunun iştirakçıları Suriyadakı deeslakasiya zonalarının sərhədləri və xəritələrinin razılaşdırılması üzrə iş aparacaqlar.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yayılan bəyanatında söylənilir.

“Xüsusən tərəflər deeslakasiya zonalarının sərhədləri və xəritələrinin, deeslakasiyaya nəzarət qüvvələrinin fəaliyyətini nizama salan sənədlərin, koordinasiya mərkəzi barədə müddəaların razılaşdırılması üzərində iş aparacaqlar.”, - sənəddə qeyd edilir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7118.html