29 İyun, 2017
Iran təhlükəsizlik şurasının sədri ABŞ-ın Suriya hökumətinə qarşı hədələrinə münasibət bildirib

ABŞ-ın Suriyada macəra axtarışı odla oynamağa bənzəyir”.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

ABŞ-ın Suriya hökumətinə qarşı hədələrinə münasibət bildirən Ə. Şəmxani deyib ki, Dəməşqə əsassız iddiaların irəli sürülməsi Vaşinqtonun terrorizmə qarşı mübarizədə ardıcıl uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır: “ABŞ Suriya ordusunun yeni qələbələri ilə mübarizə aparmaq istəyir. Əgər ABŞ hökuməti öz iddialarında əmindirsə, onları araşdırmaq üçün sübutlarını Kütləvi Qırğın Silahlarının Yayılmaması Mərkəzinə təqdim etməlidir".

Ə. Şəmxani onu da əlavə edib ki, ABŞ-ın Suriya ordusunun hərbi bazasına zərbəsindən sonra İranla Rusiya məsələ ilə bağlı faktaraşdırıcı qrupun yaradılması təşəbbüsü ilə çıxış etsələr də, Vaşinqton buna mane olub. O, ABŞ-a bu kimi addımların pis nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki,bir gün öncə ABŞ admnistrasiyası Suriya hökumtinin ölkə daxilindəki silahlı müxalifətə qarşı kimyəvi silahlardan da istifadə etməklə hücuma hazırlaşdığı barədə məlumat yaymışdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7114.html