
İyunun 26-sı ölkənin müxtəlif məscidlərində olduğu kimi Məşədi Dadaş məscidində də Fitr bayramı möhtəşəm şəkildə qeyd olunub.
Minlərlə inanclı məscidə gələrək Fitr gününün tövsiyyə olunmuş zikrlərinə qatıldırlar. Daha sonra camaatla birlikdə bayram namazı qılındı, məscidin axundu hacı Şahin Həsənli Fitr bayramının simvolizə etdiyi dəyər və prinsiplər, habelə geridə buraxılan müqəddəs Ramazan ayının mənəvi yükü barədə xütbə ilə çıxış etdi.
Sonda məscidə toplaşanlar birgə dualar etdilər.
Mənbə:Hacıshanin.az