21 Yanvar, 2012
Polislərin bir möminə xanımı əziyyət etdiyini gördükdə həmin polisləri salın təpiyinizin altına

Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa qasim bu gün Cümə xütbəsində Ali Xəlifə polisinin qadınlara qarşı amansız davranmasına artıq səbrin yeri olmadığını bildirib.

Ayətullah Şeyx İsa Qasim Cümə xütbəsində deyib: "Əgər bir möminə xanımın polislər tərəfindən əziyyət edildiyini müşahidə etsəniz həmin polislərə hücum edin və salın onları təpiyinizin altına. Bəli, düz eşitdiniz, salın təpiyinizin altına və əzişdirin!"

Şeyx İsa Qasim deyib ki, bu zalımlar qadınları əziyyət etməklə yanaşı, onlara elə təhqiramiz ifadələr işlədirlər ki, artıq buna dözmək olmaz.

Ayətullah İsa Qasim həmçinin xütbəsində bir daha Ali Xəlifəyə səslənərək xalqın səsinə qulaq asmağı və dildə deyil, əməldə islahatlar keçirməyi tələb edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-709.html