
"Facebook" şirkətinin təsisçisi və rəhbəri Mark Zukerberq ilk dəfə olaraq iftar mərasimində iştirak edib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərinə görə, M.Zukerberq Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb. O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkürünü bildirib.