
Rusiya hərbi-dəniz donanmasının gəmiləri İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə raket zərbələri endiriblər.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Aralıq dənizinin şərq hissəsindən “Admiral Essen”, “Admiral Qriqoroviç” freqatları və “Krasnodar” sualtı qayığı vasitəsilə İŞİD-in mövqelərinə 6 ədəd “Kalibr” qanadlı raketi buraxılıb.
Nəticədə Hama əyalətində İŞİD-in idarəetmə məntəqələri və silah anbarlarının məhv edilib.
Türkiyə və İsrail komandanlıqları raket zərbələri barədə qabaqcadan məlumatlandırılıb.