21 Yanvar, 2012
Bəhreyn inqilabçıları daha bir şəhid verdi

Bəhreyndən verilən məlumata görə, 13 yaşlı bəhreynli yeniyetmə Yasin Casim əl-Əsfur Ali Xəlifə rejiminin dinc etiraz aksiyalarını dağıtdığı zaman istifadə etdiyi zəhərli qazdan zəhərlənərək şəhid olub.

Bildirilir ki, polisin onların məhəllələrinə 31 dekabr tarixdə olan hücumları nəticəsində zəhərlənmiş Yasin Casim və onun böyük qardaşı dərhal xəstəxanaya yerləşdilmişdilər. Yasin Casim ağır zəhərlənmə aldığından 3 həftə intensiv terapiya şöbəsində müalicə almasına baxmayaraq müalicələr heç bir nəticə verməyib və o dünyasını dəyişib.

Xatırladaq ki, Yasin Casimin şəhadətilə Bəhreyn şəhidlərinin sayı 60-a yüksəlmiş oldu.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-708.html