9 Aprel, 2024
Fitrə zəkatı nə qədər çıxarılmalıdır
Fitrə zəkatı

Ramazan ayı sona sona çatmaqdadır. Ruzi bərəkət və rəhmət ayı olan mübarək Ramazan ayına xas ibadətlərdən biri də fitrə sədəqəsidir. Fitrə Ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır.

Şəvval ayının ilk hilalı müşahidə edildikdən sonra Ramazan ayı sona çatır.

Ramazan ayının son günü axşam məlum olduğu halda fitrə zəkatı ayrılmalıdır və səhər bayram qeyd edilir. Fitrə zəkatı məğrib(şam) azanından sonra ayrılır və bu məbləğ səhər Fitr bayramı günü günəş çıхdıqdan sоnrа vеrilir.

Fitrə zəkatının miqdarı ailədə hәr nәfәr üçün buğdа, аrpа, düyü, хurmа, kişmiş vә s. kimi ərzaqların 3 kq dəyərindədir.

Yuxarıda qeyd olunan ərzaqların ucuzu və ya daha bahasının qiyməti (adambaşına3 kq miqdarı) ilə də fitrə pulu çıxarmaq olar.

Bu il fitrə zəkatının tövsiyə olunan məbləği QMİ tərəfindən adambaşına 10-15 manat göstərilib.

Lakin, imkandan asılı olaraq daha ucuz və ya daha baha ərzaqın qiymətinə əsasən də fitrə çıxarmaq olar. Hər kəs özü bazar qiymətləri ilə fitrəsininin miqdarını müəyyən edə bilər.

Əgər bir ailə imkansızdırsa, o halda onlar fitrə verməkdən azaddırlar.

Bayram daxil olduqdan sonra imkanı olan hər bir müsəlmana vacibdir ki, özünün, ailəsinin və maddi təminatı onun öhdəsində olan kəslərin adından fitrə zəkatı çıxartsın. Maddi təminatı başqasının öhdəsində olanlara və fəqirlərə fitrə zəkat vacib olmasa da, fitrə zəkatı vermələrində bir eyb yoxdur. Həmçinin borcu olanların fitrə zəkatını verib-verməməsi onların maddi durumundan asılıdır: əgər borcun qaytarılmasına təsir etməyəcəksə, fitrə çıxarmalıdırlar.

Fitrə zəkatını müsəlman fəqirlərə çatdırılmalıdır. Vacib olmasa da, tövsiyə olunur ki, insan qohum və qonşuluqda olan gəliri ilə zəruri dolanışığını qarşılaya bilməyən ehtiyaclı insanlara fitrə zəkatını versin.

Seyyid fəqirlərə yalnız seyyidlər fitrə zəkatı verə bilər.

Zəkatı bayramdan öncə çıxartmaq olmaz. Onu bayram namazına qədər ünvanına çatdırmaq yaxşıdır, zöhr azanından sonraya saxlamaq olmaz. Üzürlü səbəbdən zöhr azanına kimi fitrəni çıxara bilməyənlər, ayırdıqları pulu sonra da verə bilərlər. Onun ödənilməsini etibarlı insanlara həvalə etmək də olar.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7073.html