19 İyun, 2017
Hacı Nizami Mirsalayev uzun sürən xəstəlikdən sonra vəfat edib

"Zaman" dini teatrının təsisçisi və direktoru olmuş istedadlı aktyor Hacı Nizami Mirsalayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Nizami Mirsalayev 1957-ci ildə Lənkəranda dünyaya gəlib. Orada orta məktəbi bitirdikdən sonra Bakıda təhsil alıb. Musiqili Komediya Teatrında uzun illər fəaliyyət göstərib. Xalq artisti Arif Quliyevin satira teatrında aparıcı aktyorlardan biri olub.

Qeyd edək ki, N.Mirsalayev “Əhli-Beyt” adlı dini teatr yaradıb və ona başçılıq edib,daha sonra teatr kollektivi “Zaman” adı ilə fəaliyyət göstərib.N.Mirsalayevin rəhbərliyi altında dini janrda tamaşalar hazırlanaraq təqdim olunub.

Allah rəhmət eləsin!

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7058.html