
Bu gün İraq Silahlı Qüvvələri Mosulun “Qədim şəhər” məhəlləsinə hücuma başlayıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata bildirilir ki, bu barədə İraq Silahlı Qüvvələri komandanlığı açıqlama verib.
Bundan əvvəl İraq Silahlı Qüvvələri Mosulun Ez-Zancili və Eş-Şifaa məhəllələrini İŞİD terrorçularından azad edib, “Qədim şəhər”i mühasirəyə alıb. Hazırda Mosulun 1 faizindən az hissəsi İŞİD terrorçularının nəzarətindədir.