18 İyun, 2017
İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

İyulun 3-dən 10-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.

Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7047.html