17 İyun, 2017
MN: Dünən cəbhədə 5 erməni hərbçi məhv edilib

"Düşmən tərəfi rəsmi açıqladığı kimi, 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib".

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir", - deyə məlumatda qeyd olunur.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7042.html