17 İyun, 2017
Nyu-Yorkda müsəlman polislərə iftar yeməyi verilib - Foto

Nyu-York Polis İdarəsinin müsəlman əməkdaşlarına iftar yeməyi verilib.

Ahlibeyt.az-ın  Salamnews-a istinadən verdiyi xəbərə görə,Yaxın Şərq və Türk Cəmiyyəti tərəfindən Bruklində yerləşən və Dini Qurumlar Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Eyüp Sultan Məscidində təşkil edilən iftar yeməyində Nyu-York Polis İdarəsinin rəhbərləri ilə birlikdə Nyu-York Bələdiyyə İdarəsinin sədri Melissa Mark-Viverito da iştirak ediblər.

“Nyu-York Polis İdarəsində 900 müsəlman polis məmuru xidmət göstərir. Bütün polis məmurlarına şəhərimə xidmət etdikləri üçün təşəkkür edirəm.”, - Mark-Viverito bildirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7041.html