
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin Küveytdən olan vəkili Feysəl əl-Uteybi Küveytin əl-Rəy qəzetinə müsahibəsində deyib ki, tezliklə Hüsni Mübarəkin azad edilməsini bayram edəcəyik. O deyib ki, məhkəmənin gedişatı ona bunu deməyə əsas verir.
Həmçinin bu gün Hüsni Mübarəkin başqa bir vəkili Fərid əd-Dib bəyan edib ki, Misir inqilabçılarının ölümündə günahkar ordu olub. Çünki inqilabçıların öldürülməsi polisin küçələrdən çəkilməsindən sonra yəni küçələr orduya təhvil verildikdən sonra baş vermiş və ümumiyyətlə, məhkəmənin Mübarəkin dinc aksiyaçıları qətlə yetirmək əmrini verdiyini sübuta yetirən dəlili yoxdur.