12 İyun, 2017
Britaniya parlamentində müsəlman deputatların sayı artır

Böyük Britaniya parlamentinə seçkilərdə 650 deputat mandatından 15-ni müsəlmanlar əldə ediblər.

Ahlibeyt.az-ın  Salamnews-a istinadən verdiyi xəbərə görə, yeni seçilmiş müsəlman deputatlardan səkkizi qadındır.

Qeyd edək ki, Krallıqda 2015-ci ildə keçirilmiş parlament seçkilərində müsəlman deputatların sayı cəmi 8 olub.

Məlumata əsasən, 63 milyon britaniyalının 3,5 milyonu müsəlmandır. Bu da ölkə əhalisinin 5,5 faizini təşkil edir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7012.html