
Pakistan Qətərə 20 min hərbçi göndərməklə bağlı layihəni parlamentə təklif edib.
Ahlibeyt.az-ın Trand-ə istinadla verdiyi xəbərə görə,bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Türkiyənin Qətərə əsgər göndərmək qərarından sonra Pakistan da eyni addımı atmağı planlaşdırır.
Bu da Pakistan-Türkiyə ittifaqının yenidən gündəmə gəlməsinə səbəb olub.
Qeyd edək ki, Türkiyə Prezidenti R.T. Ərdoğan Türkiyə və Qətər arasında türk hərbçilərin Qətər ərazisində yerləşdirilməsi barədə Parlamentin qəbul etdiyi sazişin ratifikasiyası haqqında sərəncamı imzalayıb.