
İraqın könüllülərdən ibarət “əl-Haşd əş-Şaabi” silahlı birləşmələri Suriya ilə sərhəddə yerləşən Tell-Sfuk nəzarət-buraxılış məntəqəsini azad edib.
Ahlibeyt.az-ın məlumatına görə,bu barədə SalamNews “Al Mayadeen” televiziya kanalına istinadən xəbər verib.
Məlumata görə, Mosula gedən yol buradan keçir.
Qeyd edək ki, bu Həşi-Şəbi tərəfindən azad olunan say hesabı ilə ikinci nəzarət-buraxılış məntəqəsidir, belə ki, birləşmə altı gün əvvəl Umm-Creys yaşayış məntəqəsi yaxınlığındakı Cayar-Qalfas nəzarət-buraxılış məntəqəsinə nəzarəti ələ alıb.