8 İyun, 2017
Bəhreyndə “Qəzəb günü” elan olunub
Bəhreyn İnqilabçı Gənclər Koalisiyası iyun ayının 15-ni (cümə axşamı gününü) "Qəzəb günü" elan edib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Bəhreyn İnqilabçı Gənclər Koalisiyası bəyanat yayaraq əhalini Ayətullah İsa Qasimin evinin mühasirəsini qırmaq üçün küçələrə axışmağa çağırıb.

Qeyd edək ki, cari ayın 23-də Bəhreyn rejimi qüvvələrinin əd-Dərrazda Ayətullah İsa Qasimin mənzilinə və tərəfdar aksiyaçılara basqın etməsindən sonra alimin taleyi naməlum olaraq qalır.

Həyata keçirilən basqından sonra 300 nəfər tutulub, 5 nəfər şəhid olub, 200-dən çox insan yaralanıb. Ayətullah İsa Qasim də daxil olmaqla alimin mənzilində olan 50 nəfərdən hələ də xəbər yoxdur.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6992.html