17 Yanvar, 2012
Bu gün iki ruhaninin məhkəməsi keçirilib

Bu gün Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan İslam Partiyası (AİP) sədrinin müavini Arif Qəniyevin işi ilə bağlı ilkin tanışlıq iclası və Ali Məhkəmədə Cəlilabad sakini, hicab məhbusu, ruhani Həsən Məmmədovun cinayət işinə baxılıb.

Azərbaycan İslam Partiyası (AİP) sədrinin müavini Arif Qəniyevin işi ilə bağlı ilkin tanışlıq iclasında qərar alınıb ki, proses yanvar ayının 24-ə təyin olunsun.

Cəlilabad sakini, hicab məhbusu, ruhani Həsən Məmmədovun məhkəməsində isə müqavimət ittihamı ilə azadlıqdan məhrum edilən Həsən Məmmədovun həbs müddətinin 3,6 ildən 2 il müddətinə qədər azaldılmasına dair qərar çıxarılıb.

salamnews.com

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-699.html