7 İyun, 2017
Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə başsağlığı ünvanlayıb

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə ölkədə baş vermiş qanlı terror aktları ilə bağlı başsağlığı ünvanlayıb.

Ahlibeyt.az-ın President.az-a istinadən məlumatına görə,başsağlığında bildirilir:

Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident,

Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi.

Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6987.html