7 İyun, 2017
Məscidin dini ayinlər icraçısı tutduğu vəzifədən azad edilib - QMİ-dən açıqlama

Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı vəzifəsindən uzaqlaşdırılıb.

Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən məlumatına görə,bu barədə dini idarənin yaydığı bəyanatda bildirilib.

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) bəyan edir ki, müqəddəs Ramazan ayı ilə bağlı QMİ Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki,QMİ sədri Allahşükür Paşazadə ötən ay məsələ ilə bağlı açıqlama verərək QMİ-nin gösrətişlərini pozmamaq barədə din xadimlərinə xəbərdarlıq etmişdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6986.html