
Misirdə parlament seçkilərində qələbə qazanmış "İxvanul-muslimin" təşkilatı, siyasi qanadı olan "Azadlıq və Ədalət" partiyanın baş katibi Məhəmməd Səəd əl-Qətətninin parlamentin spikeri olacağını açıqlayıb.
Hərəkatın rəsmi saytında bildirilir ki, onun iki vitse-spikerinin biri "ən-Nur", digəri isə "Vəfd" partiyasından olacaqdır və bu barədə artıq həmin partiyalarla razılıq əldə olunmuşdur.