5 İyun, 2017
Azərbaycan və İranın dəmir yolları birləşəcək - Mahmud Vaezi

Azərbaycan və İranın dəmir yolları birləşəcək və bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayacaq.

Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, İran qədim İpək Yolunun üzərində yerləşir və bu gün beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında aparıcı rola malikdir: "İran MDB dövlətləri ilə iqtisadi əlaqələri inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək."

M.Vaezi İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə də yaxın əlaqələr qurmaq niyyətində olduğunu diqqətə çatdırıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6970.html