17 Yanvar, 2012
Aşura məktəbi dünyaya təbliğ olunarsa, ABŞ və İsrailə yer qalmayacaq

"Vəliyyi-Əsr" Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Seyyid Məhəmməd Hüseyni Qəzvini İranın nüvə mütəxəssisinin terrorl edilməsinə münasibət bildirərəkən deyib ki, bu gün İran həqiqi İslamın simvoluna çevrilmişdir ki, məhz bu səbəbdən düşmənlər şiəliyin və İslam sisteminin ideallarının yayılmasından qorxuya düşüblər. Elə buna görə onlar İmam Hüseynin(ə) adının və onunla bərabər şiələrin şəhadət-tələb əqidəsini aradan aparmaq üçün hər bir vasitəyə əl atırlar.

Şəhidlər Sərvəri İmam Hüseynin(ə) Aşura məktəbi dünyaya təbliğ olunarsa, ABŞ və İsrailə yer qalmayacaq deyən Ayətullah Qəzvini deyib ki, sözlərimə dəlil Böyük Britaniya leyboristlərinin mənəvi lideri Toni Benin "Nə qədər ki, İranda Aşura var, Qərb uğursuz olacaq və İrana heç bir zərər yetirə bilməyəcək" söləridir.

Ayətullah Qəzvini deyib ki, bu gün düşmənlər İslami Oyanış baş verən ölkələrdə İran modelində sistemin yaranmasının qarşısnı almaq üçün çalışırlar. Çünki məhz bu onların mənafelərinə təhlükədir.

Sonda Ayətullah Qəzvini deyib ki, İranın nüvə alimləri Əhli-Beyt(ə) məktəbinin ardıcıllarıdırlar və düşmənlərin müqabilində dayanaraq İranın inkişafı üçün çalışırlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-697.html