3 İyun, 2017
Misirli alim Bakıda keçirilən “İslam Həmrəyliyi ili” ilə əlaqədar tədbirdə çıxış edib - Foto

Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi və Misir Mədəniyyət Mərkəzi birgə “İslam Həmrəyliyi ili” ilə əlaqədar tədbir keçirmişdir.

Ahlibeyt.az-ın məluatına görə, tədbirdə Qahirə Universitetinin professoru, Ədəbiyyat üzrə Dövlət Mükafatı laureatı Əhməd İbrahim Dərviş Muhəmməd "İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq 2017-ci ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam həmrəylik ili”  elan olunmasından, islam dininin dostluq, qardaşlıq, sülh dini olmasından, ölkədə keçirilən silsilə tədbirlərdən, 12-22 may tarixlərində Bakıda uğurlu keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışdı.

Dok. Əhməd İbrahim Dərviş Muhəmməd öz çıxışında Azərbaycanda islam, tolerantlıq, Azərbaycan alimlərinin dünya ədəbiyyatında və mədəniyyətində islam həmrəyliyinin əsasını qoyması, onların islam həmrəyliyində əvəzsiz xidmətləri barəsində məruzə etdi.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri  Əhməd Sami Elaydi  Bakıda yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının islam həmrəyliyinin ən gözəl təcəssümü olduğunu bildirdi.

Sonda “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) və “Azərbaycan. Fotoalbom” (ərəb dilində) kitabları qonağa hədiyyə verildi.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6963.html