2 İyun, 2017
Türkiyə İraq və İranla sərhədi hasarlayacaq

Türkiyə İraq və İranla sərhədi boyunca hasar ucaldacaq. Oxşar hasar hazırda Suriyayla sərhəddə tikilir.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,bu barədə "The Associated Press" xəvbər verib

Xəbərə əsasən rezident Recep Tayyip Erdoğan iyunun 1-də bildirib ki, Türkiyə Suriya ilə 911 kilometrlik sərhədin 650 kilometrində divar tikintisini tamamlayıb.

Türkiyə bu hasarı 2014-cü ildə tikməyə başlayıb. Məqsəd Suriyadan kürd, İŞİD yaraqlılarının, eləcə də qaçqınların keçməsini önləmək olub.

TTürkiyə prezidenti bildirib ki, Suriyayla sərhəd tamamilə hasarlanacaq.

"İraqla sərhəddə, eləcə də İranla sərhədin müəyyən yerlərində də bunu edəcəyik", – o, sözlərinə əlavə edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6960.html