
Bəhreyn Alimlər Məclisi Bəhreyn xalqını 25 səfər axşam namazlarında məsciddə hazır olmağa dəvət edən bəyaynat yayıb.
Bəyanatda Bəhreyn xalqından xahiş olunur ki, şam və xiftən namazlarından sonra hamı bir yerdə həbsdə olanların azad olunmasını və aksiyalar zamanı yaralananların tezliklə şəfa tapmasını dua etsinlər.
Həmçinin bəyanatda deyilir ki, çətinliklərin və zülmlərin artdığı zaman qələbə əldə etmək üçün səbr etməyə böyük ehtiyac vardır. Buna nail olmaq üçün isə ən əsası Allaha pənah aparmaqdır.
Bəyanatda bildirilir ki, həmin gün məscidlərdə iki rikət Hacət(İstək) namazı qılındıqdan sonra, Kumeyl və Fərəc duaları oxunacaq, ardınca isə İmam Hüseynin(ə) ziyarəti oxunacaqdır.