
Bəhreyndə ölkənin bəzi tanınmış alimləri Ayətullah Şeyx İsa Qasimlə görüşüb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Al-Vasat xəbər agentliyi məlumat yayıb.
Xəbərə əsasən,Bəhreynin tanınmış alimlərindən olan Abdullah əl-Ğarifi, Şeyx Məhamməd Sangur ve Şeyx Məhəmməd Salih əl-Rabii hazırda ev dustaqlığı şəraitində olan ölkənin tanınmış din xadimi Ayətullah Şeyh İsa Qasımi ziyarət ediblər.
Şeyx İsa Qasimin vəziyyəti ilə tanış olmaq üçün onu ziyarət edən alimlər açıqlama verərək hazırda şeyxin sağlamlığının normal olduğunu bildiriblər.
Məlumata görə,Hazırda Şeyx İsa Qasimin evinin polis mühasirəsində olduğu qeyd edilir.
Qeyd edək ki,bir neçə gün əvvəl Bəhreyn polisi Şeyx İsa Qasimin evi ətrafında toplaşaraq onu qoruyan dinc nümayişçilərə qarşı güc tətbir etmişdir.Hücum zamanı ölən və yaralananların olduğu buldirilir.