31 May, 2017
Kabildə terror aktında İran səfiri yaralanıb, bir neçə səfirliyin binasına ziyan dəyib

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Ahlibeyt.az-ın  APA-ya istinadən verdiyi xəbərə görə,bu barədə RiaNovosti məlumat yayıb.

Məlumat görə, partlayış nəticəsində ölənlərin sayı 90 nəfər çatıb, 380-dən çox yaralı var.

Terror aktı zamanı İranın Əfqanıstandakı səfiri Məhəmməd Rəda Bəhrami və Yaponiya səfirliyinin iki əməkdaşı yaralanıb.

Almaniya diplomatik nümayəndəliyinin əməkdaşının da yaralandığı, binanın mühafizəsi ilə məşğul olan əfqan polisin öldüyü bildirilir. Həmçinin, hadisə yerinin yaxınlığında yerləşən mehmanxanada qalan iki Qazaxıstan vətəndaşı da xəsarət alıb.

Güclü partlayış nəticəsində Almaniya, İran, Türkiyə, Yaponiya, Fransanın diplomatik nümayəndəliklərinin binalarına ziyan dəyib.

Qeyd edək ki, Əfqanistan paytaxtında törədilən partlayış prezident sarayı, İran və Almanıya səfrlikləri yaxınlığında törədilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6943.html