
Ardıcıl olaraq artıq 3 ildir ki, Qəzzada yaşayan fələstinlilər Həcc ziyarətini yerinə yetirə bilmir.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Qəzza zolağı sionist İsrail rejimi tərəfindən mühasirədə saxlanılması və Rafah sərhəd-nəzarət məntəqəsinin bağlı olmasına görə, 3 ildir ki, Qəzza əhalisinə “Həcc” və “Ümrə” ziyarəti qadağan edilib.
Sionist rejimin istəyi ilə Misir hökuməti Rafah keçidini bağlı saxlayır. Rəsmi Qahirənin Rafah keçidini açması üçün beynəlxalq insan haqları təşkilatlarının çağırışları cavabsız qalıb.