
İraq könüllüləri "Həşd Şabi"nin rəsmi saytında keçirilmiş uğurlu əməliyyat barədə bəyanat yayılıb.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə.bu barədə Ria Novosti məlumat yayıb.
Xəbərə əsasən İraqın könüllü dəstələri bazar ertəsi günü bildirib ki, döyüşçülər İŞİD terrorçularına qarşı keçirilən əməliyyat çərçivəsində ölkənin şimal-qərbində Suriya ilə sərhədə çatıblar.
“Xalq könüllülərinin döyüşçüləri müqəddəs Ramazan ayında oruc tutaraq möcüzə göstəriblər və Suriya sərhədinə çatıblar.”, - deyə “Həşd Şabi”nin rəsmi saytındakı bəyanatda qeyd edilir.
Könüllülər növbəti addımların nədən ibarət olacağını bildirməyiblər, lakin qeyd ediblər ki, məlum ərazidə davam edən əməliyyat çərçivəsində 2 kəndi - əl-Kəxtaniyyə şəhərindən qərbdə yerləşən Taro və Vadi əl-Midar kəndlərini azad ediblər.