
Moskavada Poklonnaya Qora-da yerləşən Memorial məscidi qarşısında müqəddəs Ramazan ayının daxil olması ilə əlaqədar hər il olduğu kimi bu il də ənənəvi "Ramazan Çadırı"quruldu
Ahlibeyt.az-ın Maide.az-a istinadla verdiyi xəbərə görə, may ayının 26-dan XII"Ramazan çadırında" iftar süfrələri təşkil olunur.
Ramazan çadırı bütün ay ərzində fəaliyyət göstərəcək "Ramazan Çadırı"na dini mənsubiyyətindən aslı olmayaraq istənilən şəxs daxil ola bilər.
"Çadıra"gələn qonaqlara iftar zamanı pulsuz olaraq "Çadırda"milli yeməklər təklif olunacaq. Bununla yanaşı "Ramazan Çadırı"nda Quran oxunuşu yarışması və hər gün müxtəlif mədəni tədbirlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, "Ramazan Çadırı" Moskava şəhər meriyasının dəstəyi ilə Rusiya Müftülər Şurası və Moskva Müsəlmanları Ruhani İdarəsi tərəfindən təşkil olunmuşdur.