29 May, 2017
Bu ölkədə Ramazan ayında boşanmaq qadağan edildi

Fələstində müqəddəs Ramazan ayında boşanmaq qadağan edildi.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Fələstində müqəddəs Ramazan ayı ərzində boşanma ərizələri icra olunmayacaq. Müvafiq göstərişi Fələstin İslam Məhkəmələrinin rəhbəri verib.

Ali şəriət hakimi Mahmud Həbəşin sözlərinə görə, çoxillik təcrübə göstərir ki, oruc tutmaq və siqaret çəkməkdən imtina qatı siqaret aludəçilərini əsəbi edir, buna görə də Ramazan ayındakı boşanma qərarları emosiyalara əsaslanmış qərarlardır.

Çoxları sırf siqaret çəkmədiklərinə və ac olduqlarına görə problemlər yaradırlar.”, - deyə o bildirib.

Qeyd etmək lazımdır ki, Fələstində VVAQ orqanlarında nigaha girmək mümkün deyil. Evlilikləri qeydə almaq hüququna ancaq şəriət məhkəmələri sahibdir.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6929.html