29 May, 2017
Hindistan müsəlmanları 22 illik fasilədən sonra Həcc ziyarətinə dəniz yolu gedə biləcəklər

Hindistan müsəlmanları 22 illik fasilədən sonra Həcc ziyarətinə yenidən gəmi ilə gedə biləcəklər.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə,Hindistandan Səudiyyə Ərəbistanına tarixi dəniz yolu bərpa olunur və zəvvarlar Həcc ziyarətinə bu yolla gedə biləcəklər.

Hidistan hökumətinin hesablamalarına əsasən dəniz marşrutunun tətbiqi ziyarət xərclərinə 50 faizdən də çox qənaət etməyə imkan yaradacaq.

2018-ci ildən tətbiq ediləcək hər cür şəraitli kruiz gəmiləri müsəlmanların sıx yaşadığı Hindistanın liman şəhərlərindən Ciddəyə yola düşəcək.Hər bir gəmidə 5000 nəfər zəvvar yola çıxa biləcək.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6927.html