
Avstriyanın paytaxtı Vyanada yerləşən İmam Əli (ə) adına İslam Mərkəzinin gənclər və mədəniyyət şöbəsi Ramazan mövzusunda fotomüsabiqə təşkil edib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, foto yarışmasına qatılmaq istəyən şəxslər öz çəkdikləri fotoları Ramazan ayının 23-nə(18 iyun) kimi Kultur@izia.at email ünvanına göndərə bilər.
Yarışda iştirak edən 3 fotoya qiymətli hədiyyələr veriləcək.