
İŞİD terror qruplaşması Misirin El-Minya vilayətində xristian koptlara edilmiş hücuma görə məsuliyyəti üzərinə götürüb.
Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, bu barədə qruplaşmanın veb-saytında məlumat yayılıb.
Belə ki, terrorçular xristian koptların olduğu avtobusa hücumun onlar tərəfindən həyata keçirildiyini bildiriblər.
Qeyd edək ki, mayın 26-da müqəddəs Samuil Monastırına ziyarətə gedən xristian koptların olduğu avtobusa çöllük ərazidə iki avtomobil yaxınlaşaraq gülləbaran edilib.
Misirin baş nazirinin administrasiyasının yaydığı bəyanata əsasən hücum zamanı 29 nəfər öldürülüb. Avtobusa silahlı hücumdan sonra Misir ordusu terrorçu qruplaşmanın Liviyanın Derne şəhərindəki mövqeyinə hava zərbəsi endirib. Terror aktının həmin şəhərdəki silahlılarla əlaqəli olduğu bildirilir