
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Telekanalların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçiriləcək.
Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə,Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər, milli telekanalların dili ilə bağlı aparılmış monitorinqlərin nəticələri müzakirə olunacaq, rəy və təkliflər səsləndiriləcək.