
Kütləvi məzarlıq İŞİD silahlılarından təmizlənmiş Tabka şəhərində tapılıb.
Ahlibeyt.az-ın Vesti.ru-ya istinadən məlumatına görə,iki həftə öncə Suriyanın Tabka şəhəri hökumət qqüvvələrinə müxalif olan Azad Suriya Ordusu(ASO) tərəfindən İŞİD-dən təmizlənib.Məzarlıqda çox sayda mülkü şəxsin meyitinin aşkarlandığı bildirilir.
Kütləvi məzarlıq ASO tərəfindən Tabka şəhərindən 4 km kənarda aşkarlanıb.
Məlumatda bildirilir ki, 2014-cü ildə Tabkanın İŞİD tərəfindən tutulmasından sonra aşkarlanan məzarlığa kütləvi surətdə qətlə yetirilən dinc əhali həmçinin şəhəri və hərbi hava limanını qoruyan yüzlərlə Suriya hərbçisinin meyitləri daşınırmış.
Qeyd olunur ki,qətlə yetirilənmərin bir çoxunun başı bədənindən ayrılıbmış.