28 May, 2017
İraqın Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyulub

İraq hökuməti təhlükəsizlik məqsədi ilə  Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyub.

Ahlibeyt.az-n  APA-nın xəbərinə görə, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Qadağanın İŞİD terrorçularının niqab geyimi altında gizlənmə ehtimalı ilə əlaqədar olaraq tətbiq edilib.

Bundan başqa, saat 18.00-dan etibarən  şəhərdə motosikletlə hərəkət etmək qadağan olunub.

Həmçinin, elektron cihazlar mağazalarının sahiblərinə mobil telefon və sim-kart alıcılarının kimliyini qeydə almaq tapşırılıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6914.html