27 May, 2017
Gürcüstanın şəhər və qəsəbələrində Ramazan bannerləri quraşdırılıb (FOTO)

Hər il olduğu kimi bu il də Bütün Gürcüstan Müsəlmanları İdarəsi (BGMİ) tərəfindən şəhər və qəsəbələrin müxtəlif ərazilərində Ramazan bannerləri quraşdırılıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə SalamNews-a açıqlama verən İdarənin şeyxi Hacı Ramin İgidov bildirib ki, bu ənənə artıq 3 ildir ki, davam edir: "Gürcüstanın şəhər, rayon və kəndlərində, o cümlədən azərbaycanlıların sıx yaşadığı ərazilərdə yerli idarəetmə orqanları ilə birgə Ramzan bannerləri quraşdırılır. Eyni zamanda Xelvaçauri, Keda, Çalqa Şuaxevi, Kaxetinin rayon və kəndlərində, o cümlədən Marneuli və Qardabanidə bannerlər quraşdırılıb.

Yerli sakinlər və müsəlmanlar tərəfindən böyük rəğbətlə qarşılanan bu bannerlərdə Azərbaycan və gürcü dillərində "Ramazan ayınız mübarək" şüarı yazılıb. Hazırda da Gürcüstanın müxtəlif yerlərində bannerlərin quraşdırılması davam etdirilir".

Hacı Ramin İgidov Ramazan ayında tutulan bütün orucları Allah dərgahında qəbul olunmasını diləyib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6911.html