22 Mart, 2023
"Qədr"surəsi həm obaşdanlıq və həm də iftar zamanı oxunarsa...

Allah-təala və mələklər səhərlər istiğfar edib  obaşdanlıq(imasak) yeyənlərə salavat göndərərlər.

Rəvayətlərdə qeyd olunur ki, bir içim su və ya bir xurma dənəsi ilə də olsa belə mübarək Ramazan ayında İmsak(obaşdanlıq) yeməyi tərk olunmasın.

Həmçinin hədislərdə "Qədr" surəsinin obaşdanlıq və iftar zamanı oxunması tövsiyyə olunur:

"Hər kəs "Qədr"surəni həm obaşdanlıq və həm də iftar zamanı oxusa,bu iki vaxt arasında Allah yolunda qanına qəltan olunmuş şəxsin savabına yetişər."

"Qədr" surəsi Quranın sayca 97-ci surəsidir. Əksər təfsirçilərin fikrincə, bu surə Məkkə şəhərində Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuşdur.

"Qədr" surəsini oxumağın savabı barədə bunu demək kifayətdir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim bu surəni oxusa, ramazan ayında oruc tutmuş və əhya gecəsində oyaq qalıb ibadət etmiş şəxsin savabı qədər savab qazanar".

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6905.html