
“On bir ayın Sultanı" - Türkiyədə mübarək Ramazan ayının ilk günü mayın 27-də qeyd olunacaq.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərə əsasən Türkiyə Diyanət İşləri Başqanı Mehmet Görməz açıqlamasında bəyan edərək bildirib:
Mübarək Ramazan ayı mayın 27-də başlayır.24 iyun isə Ramazan ayının son günüdür.
Beləliklə də, dünya müsəlmanlarının böyük əksəriyyəti Ramazan orucuna məhz mayın 27-dən başlayacaqlar.