16 Yanvar, 2012
Tikilməkdə olan məsciddə yanğın baş verib

Qazaxıstanın paytaxtı Astanada tikilən "Həzrət Sultan" məscidində yanğın baş verib.

Qzaaxıstanın FHN-nin verdiyi məlumata görə, yanğın məscidin təxminən  300 м²-ni əhatə edib. Və yanğın nəticəsində bir nəfər həlak olub.

İlkin versiyaya görə, yanğına səbəb qaynaq işləri aparılarkən təhlükəsizlik qaydalarına riayət olunmaması olub.

Qeyd edək ki, "Həzrət Sultan" məscidi Mərkəzi Asiyanın ən böyük məscidi olacaqdır. Məscid keçən il dekabr ayında, Qazaxıstanın müstəqilliyinin 20-ci ildönümündə istifadəyə verilməli idi. Tamamlama işləri bitmədiyindən məscidin açılışı bir il ertələnmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-689.html