
Misir bir sıra xarici informasiya agentlikləri, o cümlədən "Əl-Cəzirə" də daxil olmaqla, 21 saytı bloklayıb.
Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Reuters" istinadən xəbər yayıb.
Misirin MENA agentliyinin məlumatında bildirilib ki, bu saytlar terrorizmi dəstəkləməkdə ittiham olunurlar. Bildirilir ki, terrorizm və ekstremizmi dəstəklədikləri və yalan informasiyalar yaydıqları üçün bu media orqanlarına qarşı hüquqi tədbir görüləcək.