
Ən uzun orucu Skandinaviya yarımadası ölkələrində yaşayan müsəlmanlar tutacaqlar.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, Türkiyənin Diyanət İşləri Başqanlığı tərəfindən verilən bəyanatda qeyd edilir ki, imsak cədvəlinə əsasən, ən uzun orucu İsveçin Kiruna, Norveçin Tromsyo, İslandiyanın Reykyavik şəhərlərindəki müsəlmanlar tutacaqlar.
Sadalanan şəhərlərdə oruc tutma müddəti orta hesabla sutkada 22 saat təşkil edəcək. Stokholm, Oslo, Kopenhagen və Helsinki sakinləri orta hesabla sutkada 20 saat oruc tutacaqlar.
Qeyd edək ki, ilin ən uzun günü olan 21 iyun tarixi də builki Ramazan ayına düşür.