
Kazanda əvvəlki illərdə “Kazan Arena”da keçirilən iftar süfrəsi bu il respublika səviyyəsində iyunun 15-də tennis akademiyasında baş tutacaq.
Ahlibeyt.az-ın Salamnewsun verdiyi xəbərə görə, bu barədə “Biznes-onlayn” qəzeti məlumat yayıb.
Tədbirin keçirilmə yeri və vaxtı Konfederasiya Kuboku səbəbindən dəyişdirilib.
Xatırladaq ki, ötən il Respublika səviyyəsində Kazanda keçirilmiş iftarda rekord sayda insan - təxminən 10 min nəfər iştirak edib.