20 May, 2017
Özbəkistan Prezidenti Ramazan ayının layiqincə keçirilməsi barədə sərəncam imzalayıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müqəddəs Ramazan ayının layiqincə keçirilməsi barədə sərəncam imzalayıb.

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, UzA agentliyinin məlumatında bildirilir Ki,Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası nazirlər Şurasına, region və paytaxt Daşkənd rəhbərliyinə Ramazan ayını milli ənənələr və dəyərlərə uyğun ruhda “Nuroniy”, “Mahalla” fondları və digər ictimai təşkilatlarla keçirmək göstərişi verilib.

Ramazan ayında xeyriyyəçilik, ehtiyac duyan insanların hərtərəfli dəstəklənməsinə, müqəddəs yerlərin abadlaşdırılmasına, ailələr və məhəllələrdə xeyirxahlıq və ahəng ab-havasının möhkəmləndirilməsinə xüsusi diqqət ayrılacaq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6857.html