19 May, 2017
Suriya ordusu İraq-İordaniya sərhədinə doğru irəliləyişini davam etdirir

Suriya ordusu ABŞ və Britaniyanın dəstəklədiyi "Azad Suriya Ordusu"nun Deyr əz-Zora irəliləyişini dayandırmaq üçün İraq-İordaniya sərhədinə doğru əməliyyatını davam etdirir.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə "Al Masdar" məlumat yayıb.

Xəbərə əsasən Dəməşq-Bağdad yoluna əlavə qüvvələr göndərib. Əl-Tanf sərhəd qapısına doğru irəliləyən orduya "Hizbullah", iraqlı qüvvələr, milli müdafiə qüvvələri və SSNP-li qüvvələr dəstək olur.

Dünən Amerika təyyarələri Dəməşq-Bağdad yolundakı bir ordu dəstəsiini vurmuşdu. Suriya mənbələri hücumda tanklar və zirehli vasitələrlə yanaşı 6 nəfərin də öldüyünü bildirmişdi.

Dəməşqin şərqi və İraq sərhədi ABŞ, Suriya, İran, Hizbullah və İraqın qarşı-qarşıya gəldiyi kritik bir qovşaq halına gəlmiş vəziyyətdədir.

İraq Baş Naziri Heydər əl-Abadinin Suriya Prezidenti Bəşər Əsədə İraq-Suriya sərhədini təmizləmə təklifi etməsilə də birlikdə ABŞ İraq ilə Suriya qüvvələrinin birləşməsinə mane olmaq üçün səyləri intensivləşdirib.

Qeyd edək ki,ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriya -İraq sərhəddi istiqamətində irəliləyən Suriya hökumət qüvvələrinə qarşı aviasiyadan istifadə edərək hava hücumuna məruz qoymuşdur.lakin bu hökumət qüvvələrinin qarşısını ala bilməmişdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6848.html