
Kərbəla əyalətinin qubernatoru Əmaləddin əl-Hur Ərbəin mərasimindən sonra keçirdiyi mətbuat konfrasnında bildirib ki, Ərbəin günü Kərbəlada 18 mln zəvvar iştirak edib.
O deyib ki, həmin zəvvarların 500 min nəfəri xarici zəvvar olsa da, qalan zəvvarlar İraq vətəndaşları olublar.
Əmaləddin əl-Hur deyib ki,əsas problemimiz zəvvarların təhlükəsizliyi və hərəkətlərini təmin etmək idi ki, bihamdu lillah öhdəsindən gələ bildik.